...

Azərbaycanın Rus icması Zabrat qəbiristanlığındakı hadisə ilə bağlı bəyanat yayıb

Cəmiyyət Materials 19 Aprel 2023 20:51 (UTC +04:00)
Azərbaycanın Rus icması Zabrat qəbiristanlığındakı hadisə ilə bağlı bəyanat yayıb

Bakı. Trend:

Azərbaycanın rus icmasına Zabrat-1 və Balaxanı kəndləri arasında yerləşən Zabrat qəbiristanlığında vəziyyətlə bağlı bir neçə müraciət daxil olub.

Trend-in çərşənbə günü verdiyi məlumata görə, bu barədə icmanın bəyanatında deyilir.

“Şahidlərin təqdim etdikləri vandalizm aktlarını əks etdirən fotoşəkillərdə dağıdılmış və aşmış məzar daşları olan qəbirlər görünüb. Bundan başqa qohumlar tərəfindən əkilən ağaclar, kollar və hasar sındırılıb.

Baş verənlər sadəcə olaraq hiddət doğurur. Tolerant multikultural Azərbaycan cəmiyyətində bu, ictimaiyyətdə və mediada hiddət doğurdu. Azərbaycanın rus icması törədilmiş vandalizm aktını qətiyyətlə pisləyir və hadisəyə göstərilən diqqətə görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığını bildirir. Hörmətli Mehriban xanım Əliyevanın tapşırığı ilə Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyevin iştirakı ilə artıq Sabunçu rayonunun Balaxanı kəndindəki rus qəbiristanlığına baxış keçirilib. Bütün məzar daşlarının yenidən bərpa olunacağı vurğulanıb”, - deyə bəyanatda qeyd olunub.

Bildirilib ki, baş prokurorun birinci müavini Elçin Məmmədov Rus İcmasının sədri, deputat Mixail Zabelinlə əlaqə saxlayıb və qəbiristanlıqda baş verən vandalizm aktları ilə bağlı bütün hadisələrin araşdırılması üçün istintaq qrupunun yaradılması barədə göstərişin verildiyini bildirib.

Faktla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi tərəfindən araşdırma aparıldığı diqqətə çatdırılıb.

Bəyanatda o da qeyd olunub ki, Azərbaycanın rus icması istintaqın gedişatını izləməkdə və ictimaiyyəti məlumatlandırmaqda davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti