...

Bədii gimnastika üzrə FIG Dünya Kubokunun ilk gününün maraqlı anları (FOTO)

Cəmiyyət Materials 21 Aprel 2023 19:06 (UTC +04:00)
Bədii gimnastika üzrə FIG Dünya Kubokunun ilk gününün maraqlı anları (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 21-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışlarının ilk günü keçirilir.

Trend-in məlumatına görə, yarış gününün birinci yarısında fərdi proqramda çıxış edən gimnastlar halqa və topla hərəkətləri təqdim ediblər. Yarışın ikinci hissəsində qrup hərəkətləri üzrə komandalar beş halqa ilə proqramda çıxış edirlər.

Dünya kubokunun iştirakçıları hərəkətlərin gözəlliyini nümayiş etdirir, mükəmməl musiqi müşayiəti ilə mürəkkəb gimnastika kompozisiyalarını ifa edirlər.

Qeyd edək ki, bədii gimnastika üzrə FIG Dünya kuboku yarışları 21-23 aprel tarixləri arasında keçirilir. Yarışlarda dünyanın 40 ölkəsindən 135 gimnast fərdi və qrup hərəkətləri proqramında çıxış edirlər.

Azərbaycanı fərdi proqramda Zöhrə Ağamirova və Alina Gözəlova, qrup hərəkətləri proqramında isə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komanda təmsil edirlər.

Gimnastlar fərdi alətlər və çoxnövçülük proqramı üzrə yarışlarda mükafatlar uğrunda mübarizə aparırlar. Ənənəvi olaraq, AGF Trophy Kuboku çıxışına görə ən yüksək xal toplayan idmançıya və qrup komandasına veriləcək.

Trend Bakıda keçirilən Dünya Kuboku yarışlarının ilk gününün ən gözəl anlarının fotolarını oxuculara təqdim edir.

FOTO - Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti