...

Azərbaycanlı istifadəçilər arasında "Instagram"ın populyarlığı artıb

Cəmiyyət Materials 29 Aprel 2023 12:47 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin martında azərbaycanlı istifadəçilərin "Instagram" sosial şəbəkəsində aktivliyi fevralla müqayisədə 6,19 faiz artaraq 30,67 faizə çatıb.

Trend bu barədə "Global Stats"ın məlumatlarına istinadən xəbər verir.

Bu göstərici üzrə ikinci yerdə "Facebook" dayanır. Onun payı 0,71 faiz azalaraq 27,83 faizə düşüb.

Üçüncü yerdə 17,98 faizlə "YouTube" dayanır (5,51 faiz azalma).

Bu göstərici üzrə dördüncü yer "Pinterest" sosial şəbəkəsinə məxsusdur. Onun bazarda payı ötən ayla müqayisədə 0,77 faiz artaraq 13,72 faizə çatıb.

"Twitter" media platforması Azərbaycanın sosial şəbəkələr bazarında populyarlığına görə 6,52 faizlə beşinci yeri tutub (ay ərzində 1,21 faiz azalma). Reytinqdə altıncı yeri 1,02 faiz göstərici ilə "Linkedin" tutub.

Digər sosial şəbəkələrin payı 2,26 faiz təşkil edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti