...

100-dən artıq məktəbdə "Məktəblinin dostu" layihəsi icra olunur

Cəmiyyət Materials 26 Aprel 2023 12:32 (UTC +04:00)
100-dən artıq məktəbdə "Məktəblinin dostu" layihəsi icra olunur

Trend-i buradan izləyin

Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda həm xüsusi mühafizə olunan, həm də polis tərəfindən mühafizə edilən məktəblər var. Həmçinin bütün məktəblərə ən azı həyəcan düyməsi yerləşdirilib.
Bu istiqamətdə müvafiq təlimlər də keçirilir.

Trend xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev bu gün jurnalistlərə açıqlamasında deyib.

Nazir xatırladıb ki, təhlükəsizlik baxımından ən uğurlu layihə "Məktəblinin dostu"dur: "Artıq 100-dən artıq məktəbdə bu layihə icra olunur. Onu da qeyd edim ki, bir müddət əvvəl məktəbdə qidalanma ilə bağlı hadisədə ilk müdaxiləni direktorla yanaşı məhz "Məktəblinin dostu" etmişdi. Bu layihənin əhatə dairəsinin genişləndirilməsinin tərəfdarıyıq. Nəzərə almaq lazımdır ki, ölkədə 1 milyona yaxın şagird təhsil alır. Belə olan halda da məktəblərdə xoşagəlməz hallardan sığortalanmamışıq. Bu yolla gələcəkdə bu kimi halların qarşısını almaq üçün necə addımlar atmalı olduğumuzu bilərik", - E.Əmrullayev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti