...

Hacı Şahinin yerinə təyinat oldu

Cəmiyyət Materials 2 May 2023 11:12 (UTC +04:00)
Hacı Şahinin yerinə təyinat oldu
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Bu gün Əli Şərbətov Məşədi Dadaş məscidinə imam təyin edilib.

Trend-in məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, məscidə yeni təyinatlar olacaq.

“Əli Şərbətovun təqdimatı bu gün olacaq. İmam Elmir Vəliyev də fəaliyyətini davam etdirəcək. O cümlədən məscidə qadın dini ayinlərinin icraçısı da təyin olunacaq”, - deyə o qeyd edib.

Qeyd edək ki, Məşədi Dadaş məscidinin əvvəlki imamı Hacı Şahin Həsənli idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti