...

Müavinət himayəyə götürülən uşağın özünə verilməlidir - Təklif

Cəmiyyət Materials 3 May 2023 12:57 (UTC +04:00)
Müavinət himayəyə götürülən uşağın özünə verilməlidir - Təklif
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Himayədar ailələrin seçilməsi çox ciddi məsuliyyət tələb edir. Bir çox ölkələrdə bu humanist missiya kimi nəzərdə tutulub.

Trend xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Musa Quliyev deyib.

O qeyd edib ki, hətta təyin olunan müavinət də məhz uşağın özünün istifadəsinə verilir. “Biz də yavaş-yavaş bunlara getməliyik. İstənilən halda uşağın hər hansı müəssisədənsə evdə qayğıya cəlb olunması əhəmiyyətlidir. Himayəyə götürülən uşaqların 18 yaşından sonrakı taleyi barədə də düşünməliyik. Qanunvericilik baxımından da bu məsələyə baxılmalıdır”, - deyə komitə sədri əlavə edib.

Qeyd edək ki, Azərbaycanda himayədar ailə modeli tətbiq ediləcək. Bununla bağlı məsələ Ailə Məcəlləsinə ediləcək dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Məcəlləyə 145.8.( Öz uşaqları da daxil olmaqla, hər iki valideyni olan himayədar ailədə uşaqların ümumi sayı 5-dən, bir valideyni olan himayədar ailədə uşaqların ümumi sayı 3-dən artıq ola bilməz) və 145.9. (Himayədar ailələr üçün himayəyə verilmiş uşaqların sayı 3-dən artıq olmamalıdır (bacı-qardaşlar himayəyə götürüldüyü hallar istisna olmaqla) maddələr əlavə edilir.

Həmçinin, yeni əlavə edilən 145.10.-cu maddəyə əsasən, himayədar ailəyə verilmiş uşağın əqli, fiziki, emosional, psixoloji inkişafına xələl gətirə biləcək halların qarşısını almaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) himayədar ailəyə verilən uşaqlar arasındakı yaş fərqini nəzərə almalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti