...

Sabahın hava proqnozu açıqlanıb

Cəmiyyət Materials 14 May 2023 13:29 (UTC +04:00)
Sabahın hava proqnozu açıqlanıb

Bakı. Trend:

Mayın 15-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu gecə 8-12° isti, gündüz 13-16° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 14-17° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 0-5° isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti