...

Hərbi qeydiyyatın təşkili qaydası təkmilləşdirilir

Cəmiyyət Materials 30 May 2023 13:00 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin əməkdaşlarının hərbi qeydiyyatdan çıxarılması qaydası təkmilləşdirilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxslər hərbi qeydiyyatdan çıxarılacaq və müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınacaqlar.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti