...

Şuşa türməsində əsirlər ölənə qədər döyülüb, kütləvi şəkildə basdırılırdı - Şahid

Cəmiyyət Materials 3 İyun 2023 14:03 (UTC +04:00)
Şuşa türməsində əsirlər ölənə qədər döyülüb, kütləvi şəkildə basdırılırdı - Şahid
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Şuşa. Trend:

1993-cü ildə Ağdam rayonun Qiyaslı kəndi işğal edildikdən sonra ermənilər bizi əsir götürdü.

Bu barədə Trend-ə açıqlamasında hal şahidi Cəmaləddin Hüseynov deyib.

"Bizi əsir götürdükən sonra ilk olaraq Əsgərana gətirdilər. Burada 1 həftə saxladıqdan sonra Şuşa türməsinə gətirdilər. Bu ərazidə adam çox idi, oturmağa dayanmağa yer yox idi. İşgəncə verirdilər ölənə qədər döyürdülər. Ölənlər çölə çıxarılıb kütləvi şəkildə basdırılırdı"- deyə o əlavə edib.

Qeyd edək ki, Şuşada kütləvi məzarlıq aşkar olunub. Məzarlıq Şuşa türməsi ərazisində aşkarlanıb. Şuşa türməsi həndəvərində aşkar olunan kütləvi məzarlıq insanlıq əleyhinə törədilən ən dəhşətli cinayətlərdən biridir.

Bu onu göstərir ki, Şuşa türməsində hələ o vaxtlar azərbaycanlılar qanunsuz saxlanılıb və onlara ağır işkəncələr verilib, orada amansız zorakılıqlar törədilib, ölüm hadisələrində faktlar aşkarlanıb. Aşkarlanan bu məzarlıq da həmin hadisələrin bariz nümunəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti