...

Şuşada aşkarlanan məzarlıqda ilkin rəyə görə, 4 nəfərə aid meyit qalığı müəyyən edilib

Cəmiyyət Materials 3 İyun 2023 14:02 (UTC +04:00)
Şuşada aşkarlanan məzarlıqda ilkin rəyə görə, 4 nəfərə aid meyit qalığı müəyyən edilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Şuşa. Trend:

Şuşada kütləvi məzarlıqla bağlı axtarış və araşdırma işlərini davam etdirəcəyik.

Trend-in Qarabağ bürosu xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

Onun sözlərinə görə, aşkarlanan məzarlıqda mütəxəssislərin ilkin rəyinə görə, 4 nəfərə aid meyit qalığı müəyyən edilib.

Dövlət Komissiyasının sədri Əli Nağıyevin tapşırığı ilə buraya ayrıca mütəxəssis qrupu gödəriləcək.ə və qazıntı işləri favam etdiriləcək", - deyə E.Səmədov qeyd edib.

Qeyd edək ki, Şuşada kütləvi məzarlıq aşkar olunub. Məzarlıq Şuşa türməsi ərazisində aşkarlanıb. Şuşa türməsi həndəvərində aşkar olunan kütləvi məzarlıq insanlıq əleyhinə törədilən ən dəhşətli cinayətlərdən biridir.

Bu onu göstərir ki, Şuşa türməsində hələ o vaxtlar azərbaycanlılar qanunsuz saxlanılıb və onlara ağır işkəncələr verilib, orada amansız zorakılıqlar törədilib, ölüm hadisələrində faktlar aşkarlanıb. Aşkarlanan bu məzarlıq da həmin hadisələrin bariz nümunəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti