...

15 mərtəbəli yaşayış binası tikilir, iş qurtarandan sonra nöqsanlar ortaya çıxır - Deputat

Cəmiyyət Materials 15 İyun 2023 10:10 (UTC +04:00)
15 mərtəbəli yaşayış binası tikilir, iş qurtarandan sonra nöqsanlar ortaya çıxır - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Tikinti sahələrində tikinti normalarına əməl olunması insanların təhlükəsizliyinin qorunması üçün vacibdir. Əlbəttə ki, bu gün Azərbaycanda geniş tikinti işləri aparılır, ölkənin hər bir yerində tikinti, quruculuq, abadlıq işləri gedir. Çox təəssüflər olsun ki, bir sıra hallarda tikinti və abadlıq işlərində laqeyidliyə yol verilir. Son nəticədə yaşayış binalarının özəlləşdirilməsi, onların hüquqi sənədlərinin əldə olunması çətinləşir.

Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.

O bildirib ki, normativlər var və bu normativlərə ciddi əməl olunmalıdır. “Digər tərəfdən tikintinin aparılmasına məsul olan orqanlar, şirkətlər var. Bunlar ilk gündən işlərini elə nizamlamalıdırlar ki, nəticədə belə xoşagəlməz hallar yaranmasın. Xüsusilə Bakıda minlərlə belə mənzillər, binalar var ki, istifadəyə verilsə də vətəndaşlar mülkiyyət hüququna dair lazımi sənədləri əldə edə bilmirlər.

Tikinti şirkətləri öz məsuliyyətlərini dərk etməli, bu sahəyə məsul olan orqanlar ilk anda çatışmazlıqların qarşısını almalıdırlar. Misal üçün 15 mərtəbəli yaşayış binası tikilir, tikilib qurtarandan sonra nöqsanlar ortaya çıxır. Ancaq tikinti başlanan andan bütün tikintinin gedişinə nəzarət olunmalıdır. Əgər nöqsanlar varsa həmin tikinti dayandırılmalıdır və ya nöqsanların aradan qaldırılması üçün tədbirlər görülməlidir”, - deyə deputat əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin iyunun 24-də “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanuna dəyişiklikləri təsdiq edib. Dəyişikliyə əsasən, bu il iyunun 1-dək inşa edilmiş tikinti obyektlərinin istismarına yeni qaydada icazə veriləcək.

Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən etdiyi hallarda və qaydada tikintisi Məcəllənin tələblərinə uyğun aparılmamış, 2023-cü il iyunun 1-dək inşa edilmiş, lakin etibarlılıq və təhlükəsizlik tələblərinə uyğunluğuna dair rəyi təqdim edilmiş tikinti obyektlərinin istismarına icazə verilir.

Həmin tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı şəhərsalma və tikinti fəaliyyəti sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göstərdiyi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xidmətlərə görə sifarişçi tərəfindən haqq ödənilir. Haqqın məbləği və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti