...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 15 İyun 2023 16:35 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 9, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 4 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 966 319, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 783, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 006, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 270, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 260 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti