...

Ağdamda kütləvi məzarlıq aşkarlanıb (FOTO/VİDEO)

Cəmiyyət Materials 19 İyun 2023 11:12 (UTC +04:00)
Ağdamda kütləvi məzarlıq aşkarlanıb (FOTO/VİDEO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Ağdam. Trend:

Ağdamın işğaldan azad olunan ərazisində kütləvi məzarlıq aşkarlanıb.

Trend xəbər verir ki, məzarlıq Ağdamın işğaldan azad olunan Sarıcalı kəndi ərazisində tapılıb.

İlkin araşdırmalara görə meyit qalıqları 4 nəfərə məxsusdur.

Ehtimal edilir ki, onlar 1993-cü ildə ermənilər tərəfindən öldürülərək heç bir dini ayinə əməl edilmədən bu ünvanda basdırılıb. Bu kütləvi məzarlıq sayca işğaldan azad edilmiş ərazilərdə aşkarlanmış 8-ci kütləvi məzarlıqdır.

Bu, Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi növbəti müharibə cinayəti faktıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti