...

Ağdamda insanlar öldürülərək yol kənarına atılıb - Kütləvi məzarlıqla bağlı AÇIQLAMA (FOTO)

Cəmiyyət Materials 19 İyun 2023 12:26 (UTC +04:00)
Ağdamda insanlar öldürülərək yol kənarına atılıb - Kütləvi məzarlıqla bağlı AÇIQLAMA (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ağdamın Sarıcalı kəndi ərazisində Ağdam avtomobil yolunun kənarında insan qalıqları aşkar olunub.

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı, fiziki antropoloq Vüsal Həsənov Trend-ə bildirib ki, məlumat əsasında ərazidə 50 kvadratmetr sahədə dərinləşdirmə işləri aparılıb.

“Mövcud yer səviyyəsindən təxminən 40-50 santımetr dərinlikdə üç fərqli nöqtədə insan qalıqları aşkar olundu. Bir nöqtədə ən azı iki, digər nöqtələrdə də hər birində bir nəfər olmaqla ən azı dörd insan qalığı aşkara çıxardıq. Tam olaraq dəqiq say, insan qalıqlarının sümüklərindəki travma və digər əlamətlər, burada aşkar olunan insanların cinsiyyəti ilə bağlı dəqiq məlumatlar kameral-laborator şəraitdə ekspertlər tərəfindən müəyyən ediləcək.

Hazırki vəziyyətdən belə qənaətə gəlmək olur ki, burada dəfn əlamətləri yoxdur, insanlar öldürüldükdən sonra yol kənarına atılıb, anatomik ardıcılıq tamamilə pozulub. İnsan qalıqları tamamilə fərqli hissələrdə yerləşir, natamamdır, bəzi hissələr isə aşkar olunmadı”, - deyə o əlavə edib.

Qeyd edək ki, Ağdamın işğaldan azad olunan Sarıcalı kəndi ərazisində kütləvi məzarlıq aşkarlanıb. Meyitləri tapılan şəxslərin 1992-ci ildə ermənilər tərəfindən öldürülərək basdırılması ehtimal olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti