...

Tarif Şurası dərmanların qiymətini deyil, qiymətlərin yuxarı həddini təyin etsə daha yaxşı olar - Tahir Mirkişili

Cəmiyyət Materials 23 İyun 2023 14:02 (UTC +04:00)
Tarif Şurası dərmanların qiymətini deyil, qiymətlərin yuxarı həddini təyin etsə daha yaxşı olar - Tahir Mirkişili
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Tarif Şurası dərmanların qiymətini deyil, qiymətlərin yuxarı həddini təyin etsə daha yaxşı olar.

Trend xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna təklif olunan dəyişikliklərin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

O qeyd edib ki, dərmanların qiymətinin baha olmasının səbəbləri istiqamətində aparılan araşdırmalara görə, ölkədə bəzi dərman vasitələrinin qiymətləri həqiqətən də yüksəkdir.

“Səbəblər arasında isə qeydiyyat prosesinin kifayət qədər çətin olması, ekspertizanın tam şəffaf olmaması, Tarif Şurasının qiyməti birbaşa təyin etməsi və s. məsələlər yer alıb. Hiss olunur ki, adıçəkilən qanuna təklif edilən dəyişikliklər hazırlanarkən bu məsələlər dərindən təhlil olunub. Təklif edirəm ki, qanunda Tarif Şurasının artıq dərmanların qiymətini deyil, qiymətlərin yuxarı həddini müəyyən etsin. İqtisadiyyatda belə yanaşma var ki, əgər siz hər hansı məhsulun qıtlığına nail olmaq istəyirsinizsə, ona qiymət təyin edin”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti