...

Lənkəranda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 23 İyun 2023 18:19 (UTC +04:00)
Lənkəranda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, iyun ayının 23-də Lənkəran rayon prokurorluğunun inzibati binasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

Trend xəbər verir ki, konfransda Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı rayon prokurorları, Lənkəran hərbi prokuroru ilə yanaşı, Lənkəran Şəhər icra Hakimiyyətinin başçısı, prokurorluq əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Konfrans iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Abidə Kompleksini ziyarət edərək abidə önünə və şəhid məzarlarına tər gül dəstələri düzüb, müstəqilliyimizin memarı, müdrik dövlət xadimi Ulu Öndər Heydər Əliyevə olan hörmət və ehtiram ifadə edilib, Lənkəran Rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini özündə əks etdirən eksponat və fotostendlərlə tanış olublar.

Tədbir başlamazdan öncə Ulu öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş şəxslərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransı açıq elan edən Lənkəran rayon prokuroru Taryel Ələkbərov müasir Azərbaycan dövlətinin banisi, görkəmli dövlət xadimi Ümummilli liderimiz Heydər Əliyevin şəxsiyyəti, onun zəngin siyasi və idarəçilik fəaliyyəti, hüquqi dövlət quruculuğu, dahi liderin rəhbərliyi altında bütün sahələrdə olduğu kimi prokurorluq оrqаnlаrındа aparılmış köklü islahatlar və prokurorluğa dövlət qayğısı, eləcə də ölkəmizin beynəlxalq müstəvidə tanınmasında göstərdiyi xidmətləri mövzusunda çıxış edib.

Konfransda Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və rayon ziyalısı İbrahim Quliyev Ulu Öndər Heydər Əliyevin zəngin siyasi və dövlət quruculuğu sahəsində əvəzolunmaz fəaliyyəti, Ulu Öndərin siyasi hakimiyyətdə olduğu dövrdə Lənkəranla bağlı gördüyü işlər mövzularında çıxış edib, dahi liderlə olan xatirələrini konfrans iştirakçıları ilə bölüşüblər.

Tədbirdə çıxış edən Lerik rayon prokuroru Akif Rzayev və Lənkəran hərbi prokuroru Elşən Əli-Məmmədov Ulu Öndər Heydər Əliyev həyat və fəaliyyətindən bəhs edən çıxışlar ediblər.

Konfrans iştirakçıları Baş Prokurorluğun təşəbbüsü ilə ərsəyə gəlmiş Ümummilli Liderin xatirəsinə həsr olunan “Böyük şəxsiyyət...3 ştrixdə” adlı sənədli filmə baxıblar.

Sonda xatirə fotoşəkilləri çəkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti