...

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə daşınan sərnişinlərin sayı kəskin artıb

Cəmiyyət Materials 29 İyun 2023 17:05 (UTC +04:00)
Azərbaycanda dəmir yolu nəqliyyatı ilə daşınan sərnişinlərin sayı kəskin artıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2023-cü ilin yanvar-may aylarında 7,6 milyon ton yük, 2704,0 min sərnişin daşınıb.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 8,8 faiz, sərnişin daşınmasında isə 57,2 faiz artım müşahidə olunub.

Orta hesabla sutkada 430 vaqon yüklənib, 416 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 21,8 min ton, Qərb istiqaməti üzrə 2,9 min ton, Cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti