...

ADU-nun prorektoru Brüsseldə işgüzar səfərdə olub

Cəmiyyət Materials 11 İyul 2023 20:51 (UTC +04:00)
ADU-nun prorektoru Brüsseldə işgüzar səfərdə olub

Bakı. Trend:

Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Rektorlar Konfransının yaradılması” layihəsi çərçivəsində növbəti səfər Belçikanın Brüssel şəhərinə baş tutub. Layihə konsorsiumunun üzvü olan 18 ali təhsil müəssisəsinin nümayənədələri Avropanın nüfuzlu EFMD təşkilatında 5 gün müddətində müxtəlif təlim-seminarlarda iştirak edəcəklər. Səfərdə ADU-nu Tədris işləri üzrə prorektor Sevinc Zeynalova təmsil edib.

Trend xəbər verir ki, səfərin ilk günündə layihənin koordinatoru Gülşən Bayramova və EFMD təşkilatının beynəlxalq layihələr üzrə direktoru Dr. Christophe Terrasse açılış nitqi ilə çıxış ediblər. Daha sonra Christophe Terrasse EFMD təşkilatının fəaliyyəti barədə geniş təqdimat nümayiş etdirib. Növbəti təqdimatda isə Jean-Baptiste Maillard EFMD təşkilatının beynəlxalq layihələrdəki böyük təcrübələrini Azərbaycan ali təhsil müəssisələrinin nümayəndə heyəti ilə bölüşüb. Məhsuldar günün yekun təqdimatları isə ali təhsil müəssisələrinin marketinq və kommunikasiya strategiyalarının, eləcə də EFMD-nin bu istiqamətdəki təcrübələrinin, o cümlədən dövri nəşrlərinin müzakirəsinə həsr edilib.

Səfərinin ikinci günündə layihə konsorsiumunun üzvü olan Azərbaycan ali təhsil müəssisələrinin nümayənədələri 2 mühüm təlim-seminarda iştirak ediblər. Təlimlərdə “Belçikanın ali təhsil sistemində Flamand Universitetlərarası Şurasının rolu: Şuranın dövri nəşrləri” və “Belçikanın ali təhsil sistemində Rektorlar Şurasının rolu:Şuranın dövri nəşrləri” kimi mühüm mövzular əhatə olunub. Təlimlərin məqsədi Azərbaycan Rektorlar Konfransının dövri nəşrinin hazırlanması məqsədilə beynəlxalq təcrübənin, xüsusilə də Belçika təcrübəsinin öyrənilməsi olub. Təlimlər Şuraların məsul şəxsləri dr. Koen Verlaeckt, dr. Sophie Dufays tərəfindən həyata keçirilib və yekunda qarşılıqlı müzakirələr, fikir mübadilələri aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti