...

Gecikən Bakı-İstanbul reysinin sərnişinləri yola salınıb

Cəmiyyət Materials 14 İyul 2023 14:19 (UTC +04:00)
Gecikən Bakı-İstanbul reysinin sərnişinləri yola salınıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

AZAL-ın texniki səbəbdən gecikmiş J2 75 reysinin sərnişinləri digər təyyarə ilə saat 13:46-da Heydər Əliyev Beynəlxalq Aeroportundan İstanbula uğurla yola düşüblər.

"Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həmçinin İstanbul-Bakı marşrutu üzrə gecikmiş reysin uçuşu Bakı vaxtı ilə saat 16:50 həyata keçiriləcək.

xxx

saat 11:48

AZAL-ın Bakı-İstanbul marşrutu üzrə həyata keçiriləcək J2 75 reysinin uçuşu texniki səbəbdən gecikir.

"Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, gecikmiş reysin sərnişinləri yaxın zamanda İstanbul Hava Limanına digər təyyarə ilə yola düşəcəklər.

Əlavə suallar yarandıqda, aviaşirkətin çağrı mərkəzinə [email protected] elektron poçt vasitəsilə müraciət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti