...

ADU-nun Konfutsi İnstitutunda Azərbaycan və Çin Silahlı Qüvvələrinin yaradılmasının ildönümü qeyd edilib

Cəmiyyət Materials 28 İyul 2023 15:03 (UTC +04:00)
ADU-nun Konfutsi İnstitutunda Azərbaycan və Çin Silahlı Qüvvələrinin yaradılmasının ildönümü qeyd edilib

Bakı.Trend:

Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunun onlayn yay lektoriyası çərçivəsində Konfutsi İnstitutunun direktoru, Çin dilinin hərbi tərcüməçisi Rafiq Abbasov Çin Xalq Azadlıq Ordusunun yaranmasının 96-cü ildönümünə və Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 105 illiyinə həsr olunmuş “Qədim Çində hərbi-fəlsəfi düşüncə tarixi” mövzusunda mühazirə oxuyub.

R.Abbasov qədim Çində hərbi-fəlsəfi düşüncə tarixi, hərbi texnologiyaların inkişafına çinlilərin töhfəsi və orta əsr Çin Ordusunun ən əhəmiyyətli döyüşlərindən və “Kitabi-Dədə Qorqud” dastanındakı türklərin hərbi sənətinin xüsusiyyətlərindən də söz açıb.

R.Abbasov həmçinin Çinin qədim hərb sənəti və hərbi fəlsəfənin məşhur traktatları - "Müharibə sənəti" və "Otuz altı stratagema" barəsində danışıb. O, iki ölkənin hərbi-siyasi və hərbi-texniki əlaqələrinin inkişaf perspektivlərindən, İpək Yolunun dirçəldilməsində Azərbaycanın geostrateji rolundan, Çin hərbi-sənaye kompleksinin modernləşdirilməsinin, hərbi-siyasi prioritetlərindən dünyanın müasir geosiyasi proseslərində Azərbaycan və Çinin iştirakından danışıb.

Məruzəçi həmçinin Avrasiya nəqliyyat dəhlizinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini bildirib. Mühazirənin sonunda Çin Xalq Azadlıq Ordusunun Orkestrinin və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin orkestrinin ifasında musiqi kompozisiyaları səsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti