...

Mərkəzi Gömrük Hospitalının Nefrologiya və Efferent Terapiya şöbəsində kəskin və xroniki böyrək xəstəliklərinin müalicəsi həyata keçirilir

Cəmiyyət Materials 1 Avqust 2023 11:44 (UTC +04:00)
Mərkəzi Gömrük Hospitalının Nefrologiya və Efferent Terapiya şöbəsində kəskin və xroniki böyrək xəstəliklərinin müalicəsi həyata keçirilir

Bakı.Trend:

Mərkəzi Gömrük Hospitalının Nefrologiya və Efferent Terapiya şöbəsində yüksəkixtisaslı mütəxəssislər tərəfindən kəskin və xroniki böyrək xəstəliklərinin müalicəsi həyata keçirilir. Şöbədə nefrologiya və efferent terapiya xidmətinə ehtiyacı olan pasiyentlər üçün təcili və planlı şəkildə hospitalizasiya və gündüz stasionar xidmətləri həyata keçirilir. Mərkəzi Gömrük Hospitalının Nefrologiya və Efferent Terapiya şöbəsinin fəaliyyəti ilə bağlı tanıtım çarxını Sizə təqdim edirik. https://youtu.be/KZfOvgwONEo

• Poliklinika xidmətləri sırasında bütün növ ambulator xəstələrin müayinə və müalicəsi, o cümlədən Renal transplant olunmuş xəstələrə nəzarət aparılır.

• Stasionar xidmətlərinə nefrologiyaya aid olan bütün növ stasionar xidmətlər, Hemodializ və Periton dializli xəstələrdə yaranan ağırlaşmaların aradan qaldılırlması, böyrək biopsiyası, Glomerul xəstəliklərdə İmmunosupresion verilməsi və digər xidmətlər həyata keçirilir.

• Hemodializ xidmətlərinə kəskin böyrək zədələnmələri və Xroniki böyrək çatışmazlığı son mərhələsi zamanı, göstərişə uyğun olaraq, hemodializ seanslarının həyata keçirilməsi, qısa və uzunmüddətli hemodializ kataterlərinin qoyulması, uzunmüddətli hemodializ kateterlərinin yaratdığı stenozun aradan qaldılırlması, Hemodializ xəstələrində digər ağırlaşmaların aradan qaldırılması daxildir.

Reanimasiya və İntensiv Terapiyaya Aralıqılı Hemodializ, Sutkalıq Hemodializ, Periton dializi, Hemosorbsiya, Hemodiafiltrasiya, Plazmafarez və eyni zamanda Kəskin böyrək zədələnməsi olan xəstələrin müalicəsi aiddir.

Mərkəzi Gömrük Hospitalı daim sağlamlığınızın keşiyindədir!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti