...

DGK Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının əməkdaşları Şuşaya səfər edib

Cəmiyyət Materials 9 Avqust 2023 11:48 (UTC +04:00)
DGK Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının əməkdaşları Şuşaya səfər edib

Bakı. Trend:

5-6 avqust 2023-cü il tarixlərində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının əməkdaşları Qarabağın incisi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfər edib.

Heyət üzvləri Heydər Əliyev ili çərçivəsində təşkil olunan səfər zamanı Şuşa şəhərində erməni vandalizminin acı nəticələri ilə, tarixi-mədəni abidələri və aparılan bərpa-quruculuq işləri ilə tanış olub, eyni zamanda, Cıdır düzü, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Qala divarları, Gəncə qapısı və bir sıra tarixi-mədəni abidələri, həmçinin, Prezident İlham Əliyevin tapşırığı ilə Bakıdan Şuşaya gətirilən və qayıdışları Zəfər simvolu hesab edilən Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini ziyarət ediblər.

Səfər iştirakçıları 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbənin qəhrəmanlarının ruhlarını ehtiramla yad ediblər, eyni zamanda, Şuşa qalasının önündə “Qarabağ Azərbaycandır!” səsləndiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti