...

Mərkəzi Gömrük Hospitalında rezidentlər üçün açıq qapı günləri təşkil ediləcək

Cəmiyyət Materials 10 Avqust 2023 10:43 (UTC +04:00)
Mərkəzi Gömrük Hospitalında rezidentlər üçün açıq qapı günləri təşkil ediləcək

Bakı. Trend:

14 və 15 avqust 2023-cü il tarixlərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında rezidentlər üçün açıq qapı günləri təşkil ediləcək.

Açıq qapı günləri çərçivəsində Mərkəzi Gömrük Hospitalında rezidentura təhsili almaq istəyən namizədlərə hospitalın və onun şöbələrinin fəaliyyəti, rezidentlər üçün yaradılmış təlim və praktiki fəaliyyət imkanları, o cümlədən, elmi tədqiqatlarda iştirak üçün yaradılmış şərait barədə ətraflı məlumat veriləcək.

Tibbi Xidmət İdarəsi bir çox yerli və beynəlxalq əhəmiyyətli təşkilatla əməkdaşlıq edərək, istər təlim-tədris prosesinin, istər də tibbi xidmətlərin dünya standartlarına uyğunlaşdırılması istiqamətində mütəmadi işlər həyata keçirməkdədir. Bu baxımdan, rezidentlərin yaradılmış mövcud şərait və imkanlarla əyani şəkildə tanış olması və yaranan sualların yerində cavablandırılması onların qərarvermə proseslərini daha aydın və dəqiq şəkildə həyata keçirməsinə öz müsbət töhfəsini verəcək.

2023-2024-cü illər üçün rezidentura qəbulu üzrə müsabiqə şərtlərini ödəyən namizədlər, digər tibb müəssisələrində rezidentura təhsilini davam etdirən və Mərkəzi Gömrük Hospitalında rotasiya keçmək istəyən rezidentlər, habelə ATU-nun sonuncu kurs tələbələri açıq qapı günlərində iştirak edə bilər.

Açıq qapı günlərində iştirak etmək istəyən şəxslərin qeydiyyatdan keçməsi mütləqdir!

Qeydiyyat linki: https://forms.gle/9CgNvenvJLtM85CZ8

Məqalədə:
Xəbər lenti

Xəbər lenti