...

Çimərlikdən çanta oğurladı

Cəmiyyət Materials 11 Avqust 2023 13:55 (UTC +04:00)
Çimərlikdən çanta oğurladı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Salyan şosesində yerləşən çimərlikdən çanta oğurlanıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, avqustun 10-da Salyan şosesində yerləşən çimərlikdən içərisində 15 manat pul, 350 manat dəyərində mobil telefon, geyim əşyaları, şəxsiyyət vəsiqəsi və bank kartı olan çantanın oğurlanması barədə Səbail Rayon Polis İdarəsi 41-ci Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Xəyal Talıbzadə müəyyən olunaraq saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti