...

Azərbaycanda uçota alınan operator və internet provayderinin sayı ARTIB

Cəmiyyət Materials 4 Sentyabr 2023 18:08 (UTC +04:00)
Azərbaycanda uçota alınan operator və internet provayderinin sayı ARTIB
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən uçota alınan operator və internet provayderinin sayı 5,88 % artıb.

Bu barədə Trend-ə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən məlumat verilib.

Bununla da qeydiyyata alınan operator və internet provayderini sayı 136-dan 144-ə çatdırılıb.

Qeyd edək ki, Azərbaycanda operator və internet provayderlərinin uçotunun aparılmasına İKTA yaradılandan sonra başlanılıb.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin nizamnaməsi Azərbaycan Prezidentinin 21 oktyabr 2022-ci il tarixli 1861 nömrəli Fərmanı ilə təsdiqlənib. Agentlik ölkədə informasiya kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti