...

Şəkinin Baş Göynük avtomobil yolunda selin fəsadları aradan qaldırıldı (FOTO)

Cəmiyyət Materials 7 Sentyabr 2023 17:20 (UTC +04:00)
Şəkinin Baş Göynük avtomobil yolunda selin fəsadları aradan qaldırıldı (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Yağan güclü yağış nəticəsində yaranan sel suları Şəki rayonun Baş Göynük avtomobil yolunun 10-12-ci km-də ciddi fəsadlar törədib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, həmin avtomobil yolunun 11-ci km-də uzunluğu 169 metr olan Şinçay üzərində körpüdə və körpünün giriş-çıxışlarında leysan yağışları nəticəsində sel sularının gətirdiyi lil, palçıq, qum-çınqıl və daş-qaya parçaları çayın hövzəsindən qalxaraq körpünü, yolu basmış və avtonəqliyyatın hərəkətini çətinləşdirib.

Aparılan işlər çərçivəsində yoldan sel suları nəticəsində toplanmış lil, palçıq və qum-çınqıl təmizlənib, açılmış yarğanlar bərpa olunub, hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti