...

“Müxtəlif patologiyalarda dinamik kontrastlı MRT müayinələri və onların diaqnostik xüsusiyyətləri” mövzusunda elmi konfrans və master-klass keçiriləcək

Cəmiyyət Materials 8 Sentyabr 2023 12:55 (UTC +04:00)
“Müxtəlif patologiyalarda dinamik kontrastlı MRT müayinələri və onların diaqnostik xüsusiyyətləri” mövzusunda elmi konfrans və master-klass keçiriləcək

Bakı. Trend:

16 sentyabr 2023-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və “Bayer” şirkətinin birgə təşkilatçılığı ilə “Müxtəlif patologiyalarda dinamik kontrastlı MRT müayinələri və onların diaqnostik xüsusiyyətləri” mövzusunda elmi konfrans və master-klass keçiriləcək.

Konfransda yüksəkixtisaslı mütəxəssislər tərəfindən süd vəzi və prostat xərçəngi, qaraciyər patologiyaları, beyin törəmələri və sellar patologiyalarda MRT müayinələrinin diaqnostik əhəmiyyətinə dair təqdimatlar ediləcək, o cümlədən, “Beyin perfuziya, traktoqrafiya və spektroskopiya müayinələri” barədə master-klass təşkil ediləcək və auditoriyanı maraqlandıran suallar cavablandırılacaq.

Proqrama uyğun olaraq konfrans radioloq, neyrocərrah, ürək-damar cərrahı, onkoloq, kardioloq, qastroenteroloq ixtisasına malik həkimlər və rezidentlər üçün nəzərdə tutulub.

Hər kəs üçün əlçatanlığı təmin etmək məqsədilə konfrans hibrid formatda keçiriləcək. Konfrans əyani şəkildə saat 14:00-dan 18:00-dək Mərkəzi Gömrük Hospitalının akt zalında, distant olaraq isə ZOOM platformasında baş tutacaq.

Konfransın akkreditasiya edilməsi üçün Səhiyyə Nazirliyinə müraciət edilib.

Konfransda iştirak ödənişsizdir.

Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək mütləqdir.

Proqramla tanış olmaq üçün link:

https://customshospital.az/.../upl.../2023/09/proqram-16.jpg

Qeydiyyat linki: https://forms.gle/fDoX2xG3xA67Nevj8

Məqalədə:
Xəbər lenti

Xəbər lenti