...

Azərbaycanda dövriyyədən çıxarılan narkotin vasitələrin həcmi açıqlanıb

Cəmiyyət Materials 15 Sentyabr 2023 12:41 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-avqust ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 7598 cinayət faktı aşkarlanıb.

Trend-in məlumatına görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Narkomanlığa və narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə üzrə 2023-cü ilin yanvar-avqust aylarının yekununa dair məlumatda deyilir.

Qeyd edilib ki, həmin cinayətlərdən 2659-u narkotik vasitələrin satışı, 4649-u narkotik vasitələrin əldə edilib saxlanılması, 260-ı olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 30-u isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 5 ton 804 kq 558,512 qr narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 722 kq 686,454 qr-nı heroin, 3 ton 349 kq 422,948 qr-nı marixuana, 236 kq 905,361 qr-nı tiryək, 50 kq 988,844 qr-nı həşiş, 750,831 qr-nı kokain, 318 kq 741,409 qr-nı psixotrop maddələr, 125 kq 042,665 qr-nı digər narkotik vasitələr təşkil edib.

Həmçinin, göstərilən dövr ərzində 47726 ədəd həb metadon, 14164 ədəd çətənə bitkisi, eləcə də 3 kq 197,368 qr, 7703 ədəd kapsul, 3308 ədəd həb və 12,95 qr güclü təsir edən maddə və 40,682 qr prekursor dövriyyədən götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti