...

İstehsal edilən minik avtomobillərinin sayı AÇIQLANIB

Cəmiyyət Materials 15 Sentyabr 2023 17:20 (UTC +04:00)
İstehsal edilən minik avtomobillərinin sayı AÇIQLANIB
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2023-сü ilin yanvar-avqust aylarında Azərbaycanda 1942 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 553 ədəd çox minik avtomobili istehsal olunub.

Trend-in məlumatına görə, ümumilikdə qeyd olunan müddət ərzində maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2023-сü ilin yanvar-avqust aylarında 458,9 milyon manatlıq məhsul istehsal edilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 52,1 faiz, maşın və avadanlıqların istehsalı 14,9 faiz artıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 17,7 faiz azalıb. Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 23,5 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti