...

Mərkəzi Gömrük Hospitalında könüllü gömrükçülərin fəaliyyəti uğurla başa çatıb (FOTO)

Cəmiyyət Materials 11 Oktyabr 2023 15:20 (UTC +04:00)
Mərkəzi Gömrük Hospitalında könüllü gömrükçülərin fəaliyyəti uğurla başa çatıb (FOTO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində formalaşdırılmış 10-cu “Könüllü gömrükçü” dəstəsinin 7 üzvünün DGK-nın Tibbi Xidmət İdarəsində 3 aylıq fəaliyyətinin başa çatması ilə bağlı 11 oktyabr 2023-cü il tarixində Mərkəzi Gömrük Hospitalında tədbir keçirilib.

Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayev, Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə və könüllü gömrükçülər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən gənclər siyasətinin əsas istiqamətlərindən biri məhz gənclərin könüllülük fəaliyyətinə cəlb edilməsidir. Rəis müavini Şahlar Mirqasım könüllülük hərəkatının inkişafı çərçivəsində DGK-nın Tibbi Xidmət İdarəsində 11 iyul – 11 oktyabr 2023-cü il tarixlərində fəaliyyət göstərmiş könüllü gömrükçülərin fəaliyyətini yüksək qiymətləndirib və onların iş prosesində öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə seçildiklərini qeyd edib.

Daha sonra Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayev çıxış edərək könüllü gömrükçülərə bilik və təcrübi bacarıqlarının artırılması istiqamətində öz tövsiyələrini verib və gələcək karyeralarında uğurlar arzulayıb.

Tədbirin sonunda Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının müxtəlif şöbələrində fəaliyyət göstərmiş Gülgün Abdullayeva, Minəvvər Niftullayeva, Aydan Paşazadə, Fatimə Zeynallı, Roza Rəhimli, Bahar Mirzəliyeva və Ləman Alxasovaya sertifikatlar təqdim edilib. Tədbir xatirə şəklinin çəkilməsi ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti