...

Mərkəzi Gömrük Hospitalının klinik bazasında tibb universiteti və kollec tələbələrinə subbakalavr, bakalavr və rezident səviyyəsində tədris keçilir

Cəmiyyət Materials 16 Oktyabr 2023 10:20 (UTC +04:00)
Mərkəzi Gömrük Hospitalının klinik bazasında tibb universiteti və kollec tələbələrinə subbakalavr, bakalavr və rezident səviyyəsində tədris keçilir
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalının klinik bazasında tibb universiteti və kollec tələbələrinə subbakalavr, bakalavr və rezident səviyyəsində tədris keçilir.

İmzalanmış müvafiq əməkdaşlıq memorandumlarına əsasən, Mərkəzi Gömrük Hospitalının klinik tibbi bazasında Azərbaycan Tibb Universitetinin bakalavr və rezident pilləsində olan tələbələri, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti Bakı filialının bakalavr tələbələri, eləcə də, 1 saylı Bakı Tibb kollecinin və 2 saylı Bakı Baza Tibb Kollecinin tələbələri öz bilik və praktiki bacarıqlarını artırır, subbakalavr, bakalavr və rezident səviyyəsində tədris keçirlər.

Mərkəzi Gömrük Hospitalının yüksək elmi və klinik potensialından yararlanmaqla həyata keçirilən bu tədris prosesi Azərbaycanda keyfiyyətli tibb kadrlarının hazırlanmasına öz töhfəsini verəcək.

Azərbaycanın klinik tədris mərkəzləri arasında özünəməxsus yer tutan Mərkəzi Gömrük Hospitalının bazasında tibb tələbələri və rezidentlər üçün tədris prosesinin təşkili həm tələbələr, həm də onlara dərs deyən müəllimlər üçün yeni inkişaf imkanları yaradır.

Əməkdaşlıq memorandumları yerli və regional səviyyəli sertifikatlaşdırılmış tibbi təlim kurslarının, elmi-praktiki tədbirlərin, tədqiqatların, eləcə də, rezident və ixtiraçıların təcrübə mübadiləsinin təmin edilməsi üçün birgə tədris proqramlarının həyata keçirilməsini nəzərdə tutur.

Fotoda: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev Azərbaycan Tibb Universitetinin beşinci kurs tələbələrinə Mərkəzi Gömrük Hospitalında praktiki məşğələ keçən zaman.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti