Bakı. Trend:
Ötən il 1202 bioloji istinad nümunəsi, 90-cı illərdə münaqişə ilə bağlı itkin düşmüş şəxslərin 523 ailə üzvündən toplanılıb.
Trend xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin media nümayəndələri üçün keçirilən tədbirdə deyilib.
Qeyd edilib ki, 1080 ailə üzvü ilə 30 müşayiətçi vasitəsilə təkrar əlaqə saxlanılıb.
“306 ailə üzvünə telefon zəngləri vasitəsilə psixososial dəstək göstərilib”,- deyə bildirilib.
Həmçinin əlavə edilib ki, 25 Qızıl Xaç məktubu vasitəsilə Yaxın Şərqdə qalmağa məcbur olan şəxslərlə onların Azərbaycandakı qohumları arasında əlaqə yaradılıb.
Qeyd edək ki, BQXK jurnalistlər üçün məlumatlandırıcı sessiya keçirir.