...

Bu il 996 itkin düşmüş şəxsin ailəsi ilə əlaqə saxlanılıb

Cəmiyyət Materials 17 Oktyabr 2023 10:02 (UTC +04:00)
Bu il 996 itkin düşmüş şəxsin ailəsi ilə əlaqə saxlanılıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-iyun ayı ərzində Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) 996 itkin düşmüş şəxsin ailəsi ilə əlaqə saxlayıb.

Trend xəbər verir ki, bu barədə BQXK-nın keçirdiyi tədbirdə məlumat verilib.

Bildirilib ki, bundan başqa aidiyyəti dövlət qurumlarına itkin düşmüş şəxslərin ailələrinə cavabların verilməsində dəstək göstərmək məqsədilə BQXK texniki tövsiyələrini bölüşməklə və fərqli ləvazimatların ianəsi vasitəsilə 3 rayonda aparılmış ekshumasiya layihələrinə dəstək göstərib.

Qeyd edək ki, BQXK jurnalistlər üçün məlumatlandırıcı sessiya keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti