...

BQXK Azərbaycan və Ermənistan arasında 700-ə yaxın şəxsin qaytarılmasında iştirak edib

Cəmiyyət Materials 17 Oktyabr 2023 10:56 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) 1990-cı ildən 2020-ci ilə qədər 700-ə yaxın saxlanılan şəxsin hər iki tərəfə qaytarılmasında iştirak edib.

Trend xəbər verir ki, bu barədə BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

O qeyd edib ki, saxlanılan şəxsə görə onu saxlayan tərəf məsuliyyət daşıyır.

"BQXK bu məsələdə heç bir məsuliyyət daşıya bilməz. Ötən əsrin 90-cı illərində yazılan hər hansı məktubun bu gün ailə üzvlərinə verilməsi halı olmayıb.Həmin zaman yazılan hər hansı məktubun bu gün ailə üzvlərinin əlinə gəlib çıxması mümkün deyil. Sadəcə, ailə məktubu indi mediaya təqdim edir",- deyə İ.Hüseynova bildirib.

Qeyd edək ki, BQXK jurnalistlər üçün məlumatlandırıcı sessiya keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti