Nazirdən onkoloji xəstəliklərin icbari sığortaya salınması təklifinə MÜNASİBƏT

Cəmiyyət Xəbər 3 Noyabr 2023 16:43 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Onkoloji xəstəliklərin icbari tibbi sığorta sisteminə daxil edilməsi məsələsi müzakirə edilməlidir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanunun müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

S.Şərifov bildirib ki, bu məsələ ötən il də qaldırılmışdı. O bildirib ki, bu məsələ müvafiq qurumlarla birgə müzakirə edilməlidir.

“Müzakirələri davam etdirməliyik, baxaq görək onkoloji xəstəliklərin hansı hissəsinin icbari sığortaya daxil edilməsinə imkan var”, - deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti