...

Naxçıvanda baş həkim işdən çıxarıldı

Cəmiyyət Materials 3 Noyabr 2023 20:03 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının baş həkimi işdən çıxarılıb.

Trend xəbər verir ki, bununla bağlı Naxçıvanın səhiyyə nazirinin müavini, nazirin səlahiyyətlərini icra edən Samiq Sadıxov əmr imzalayıb.

Əmrə əsasən, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının baş həkimi Rəhim Rəhimov tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, Rəhim Rəhimov fəaliyyətinə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində davam edəcək.

Xəbər lenti

Xəbər lenti