Bakı. Trend:
Hər zaman şəkillərdə aradığımız Laçını, Zabux kəndini artıq gözümüzlə görüb yaşayacağıq.
Bunu Trend-ə açıqlamasında Laçın rayonunun Zabux kənd sakini Fəxriyə Qafarova deyib.
Onun sözlərinə görə, artıq ailəsi, oğlu və nəvələrimlə Zabuxa geri dönür.
“Hər zaman hər yerdə gözümüz Laçını, Zabuxu axtarırdı. Şəkillərdə həsrətini çəkdiyimiz kəndimizin yerində olduğunu və yaxud erməni vandallar tərəfindən məhv edildiyini görməyə çalışırdıq. Çox sevinirəm ki, öz doğma yurduma qayıdıram.
Ora bizim üçün çox əzizdir. Doğrudur burada çox əzizlərimizi itirmişik. Bu bizi kədərləndirir. Yəqin ki, Zabuxda bundan sonra xoş günlər yaşayacağıq”, - deyə o qeyd edib.
Qeyd edək ki, bugünkü (18.11.2023) köç də nəzərə alınmaqla Laçın rayonunun Zabux kəndinə 71 ailə (291 nəfər) köçürülüb.