...

Keçmiş məhkum 90 lotereya bileti oğurladı

Cəmiyyət Materials 20 Noyabr 2023 11:11 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda lotereya satışı məntəqəsində oğurluq edilib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 18-də metronun “28 May” stansiyasının qarşısında yerləşən lotoreya satışı məntəqəsində piştaxtanın üzərindən 90 ədəd lotereya biletini soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Nəsimi Hüseynov saxlanılıb.

Faktla bağlı Dəmir Yolu Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti