...

BQXK erməniəsilli şəxslərlə və Ermənistanda saxlanılan azərbaycanlılara baş cəkib

Cəmiyyət Materials 28 Noyabr 2023 12:04 (UTC +04:00)
BQXK erməniəsilli şəxslərlə və Ermənistanda saxlanılan azərbaycanlılara baş cəkib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrda ayında BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərlə və Ermənistanda saxlanılan Azərbaycanlılara yenidən baş cəkmişlər.

Bu barədə Trend-in sorğusuna cavab olaraq , BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

Saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqə yaratmaları üçün şərait yaradılıb.

Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir.

Qeyd edək ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.

Xatırladaq ki,Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüb.

Daha sonra Ermənistan tərəfindən əsir götürülmüş əsgərlər - Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğluna qarşı Ermənistanın qurama "məhkəmə prosesi"ni və Aqşin Bəbirovun həbsi ilə bağlı qondarma "qərar" verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti