...

Deputat Emin Hacıyev Sumqayıt Dövlət Universitetində seçiciləri ilə görüş keçirdi (FOTO)

Cəmiyyət Materials 1 Dekabr 2023 16:42 (UTC +04:00)
Deputat Emin Hacıyev Sumqayıt Dövlət Universitetində seçiciləri ilə görüş keçirdi (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

30 Noyabr tarixində Milli Məclisin deputatı Emin Hacıyevin seçicilərlə növbəti görüşü keçirilmişdir. Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə baş tutan görüşdə YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov iştirak etmişdir.

Deputat seçki dairəsinin ərazisində yerləşən Sumqayıt Dövlət Universitetinin professor-müəllim və tələbə heyətini dinləyib, onları maraqlandıran suallara aydınlıq gətirmişdir. Əsasən təhsil, ikili diplom proqramları, kadr potensialının inkişafı və Sumqayıtın bəzi iqtisadi-sosial məsələlərini əhatə edən müraciətlərin bir qismi yerindəcə həllini tapmış, digərləri ilə bağlı aidiyyəti üzrə müvafiq qurumlara sorğu göndərilmişdir.

Seçicilər tərəfindən müraciət olunan əsas məsələlər deputat tərəfindən plenar iclaslarda səsləndirilən və mütəmadi olaraq hökumət üzvlərinin diqqətinə çatdırılan məsələlərdi.

Daha sonra Emin Hacıyev Sumqayıt Dövlət Universitetinin Elektromexanika kafedrasında enerji mövzusunda dissertasiya işinin ilkin müzakirəsində iştirak etmişdir. Deputat cənab Prezidentin göstərişi ilə bu sahədə istehsalı artırmaq məqsədilə ölkəmizə xarici investorların cəlb olunduğunu bildirərək yaşıl enerji sektorunun inkişafındakı hüquqi bazanın, bu istiqamətdə atılan praktiki addımların, imzalanan sazişlərin və bu yaxınlarda Abşeronda açılan Qaradağ Günəş Elektrik Stansiyasının əhəmiyyətini iştirakçıların diqqətinə çatdırmışdır.

Son illərdə ölkəmizdə yaşıl və bərpaolunan enerjiyə keçidin sürətləndiyini bildirən deputat Sumqayıt Dövlət Universitetində bu sahədə aparılan elmi araşdırmaların ölkə enerji sisteminə və iqtisadiyyatına öz töhfəsini verəcəyini qeyd etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti