...

ÜST Çinin şimalında uşaqlar arasında respirator xəstəliklərin artması barədə xəbərdarlıq edib

Cəmiyyət Materials 2 Dekabr 2023 00:45 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin oktyabr ayının ortalarından Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinin şimalında uşaqlar arasında respirator xəstəliklərə yoluxma hallarının artdığını göstərən Çinin epidemioloji vəziyyətə nəzarət sistemlərindən alınan məlumatları izləyir.

Trend-in məlumatına görə, 13 noyabr 2023-cü il tarixində keçirilən mətbuat konfransı zamanı Çin Milli Səhiyyə Komissiyası ölkə daxilində, əsasən də uşaqlar arasında respirator infeksiyalara yoluxma hallarının artdığını bildirdi. Çin hakimiyyəti bu artımı COVID-19 məhdudiyyətlərinin aradan qaldırılması və soyuq mövsümün başlaması, həmçinin qrip, "Mycoplasma pneumoniae", respirator sinsitial virus (RSV) və ağır kəskin respirator sindromunun koronavirusu-2 kimi (SARS-CoV-2) məlum patogenlərin dövriyyəsi ilə əlaqələndirirlər. Məlumdur ki, "Mycoplasma pneumoniae" və RSV uşaqlara böyüklərdən daha çox təsir edir.

22 noyabr 2023-cü ildə ÜST Pekin, Lyaonin və Çinin digər yerlərindəki uşaq xəstəxanalarında diaqnoz qoyulmamış pnevmoniya qruplarının ProMED sistemində və mediada yayılan xəbərləri müəyyən etdi. ÜST Beynəlxalq Səhiyyə Qaydaları mexanizmi vasitəsilə əlavə epidemioloji və klinik məlumat, habelə bu hallarla bağlı laboratoriya nəticələri və tənəffüs yoluxucu patogenlərin dövriyyəsindəki son tendensiyalar haqqında məlumat üçün rəsmi sorğu göndərmişdir. Əsas məqsəd Pekin və Lyaonində mediada bildirildiyi kimi “diaqnozlaşdırılmamış pnevmoniya ocaqları”nın olub-olmadığını və əgər varsa, onların təcrid olunmuş epidemiyalar olub-olmaması və ya əhali arasında respirator infeksiyalara yoluxma hallarının məlum ümumi artımının nəticəsi olub-olmamasını müəyyən etmək idi. Bundan əlavə, ÜST klinik şəbəkələr vasitəsilə əlavə məlumat almaq üçün müraciət edib.

Noyabrın 23-də ÜST Milli Səhiyyə Komissiyası və Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Milli Administrasiyasının köməyi ilə Çin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin və Pekin Uşaq Xəstəxanasının Çin səhiyyə rəsmiləri ilə distant formada görüş keçirdi. Görüş zamanı Mycoplasma pneumoniae (may ayından) və RSV, adenovirus və qrip virusu (oktyabr ayından) səbəb olduğu pnevmoniya səbəbindən uşaqların ambulator konsultasiya və xəstəxanaya yerləşdirilmələrinin sayının artdığını göstərən tələb olunan məlumatlar təqdim edilmişdir. Çin səhiyyə orqanları xəstəliyin klinik təzahürlərində heç bir dəyişiklik olmadığını bildirdi. Çin hakimiyyətinin rəsmiləri qeyd etdilər ki, bir neçə məlum patogenin yaratdığı tənəffüs yoluxucu infeksiyaların yuxarıda qeyd olunan ümumi artımından başqa, Pekin və Liaoninq də daxil olmaqla, qeyri-adi və ya yeni patogenlər və ya qeyri-adi klinik təzahürlər müəyyən edilməmişdir. Onlar həmçinin tənəffüs yoluxucu infeksiyaların artmasının xəstələrin həcminin xəstəxananın imkanlarını aşmasına səbəb olmadığını deyiblər.

Çin hakimiyyəti bildirib ki, oktyabrın ortalarından bəri ilk dəfə olaraq geniş spektrli virus və bakteriyaları, Mycoplasma pneumoniae-nin daxil olduğu ambulator və stasionar şöbələrdə respirator xəstəliklərin gücləndirilmiş monitorinqi aparılıb.

Oktyabrın ortalarından bəri Çin hakimiyyəti nəinki səhiyyə müəssisələrində və əhali səviyyəsində xəstəliklərə nəzarəti gücləndirdilər, həm də səhiyyə sisteminin xəstələrə qayğı göstərmək qabiliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayırlar.

ÜST vəziyyəti yaxından izləyir və Çinin milli orqanları ilə sıx əlaqə saxlayır. ÜST lazım gəldikdə yenilənmiş məlumatları təqdim etməyə davam edəcək.

Hazırkı respirator xəstəliklərin epidemiyasında müəyyən edilmiş simptomlar bir neçə tənəffüs yolu infeksiyası üçün ümumidir və Çin nəzarət və xəstəxana sistemləri hazırda klinik təzahürlərə sirkulyasiya edən məlum patogenlər səbəb olduğunu bildirir. Mycoplasma pneumoniae ümumi tənəffüs patogenidir və antibiotik müalicəsinə yaxşı cavab verən uşaqlıq pnevmoniyasının ümumi səbəbidir.

Oktyabrın ortalarından etibarən Çin "Mycoplasma pneumoniae" daxil olmaqla, geniş spektrli tənəffüs virusları və bakteriyalarını əhatə edən təkmil tənəffüs xəstəliklərinə gücləndirilmiş epedimioloji vəziyyətə nəzarət sistemlərini tətbiq etdi.

ÜST-nin FluNet platformasına göndərilən və Çindəki Milli Qrip Mərkəzi tərəfindən dərc edilən müşahidə məlumatlarına görə, qripə bənzər xəstəlik ilə yoluxma nisbətləri ilin bu vaxtı normadan yüksəkdir və şimal əyalətlərində artmaqdadır. Aşkar edilmiş qrip virusları arasında A(H3N2) və B/Viktoriya nəsillərinin virusları üstünlük təşkil edib.

Mövcud məlumatlara əsaslanaraq, ÜST Çindəki insanlara respirator xəstəliklər riskini azaltmağa kömək edən tədbirlər görməyi, o cümlədən qrip, COVID-19 və müvafiq olaraq digər respirator patogenlərinə qarşı tövsiyə olunan peyvəndləri almağı tövsiyə edir; xəstə insanlar ilə məsafə saxlamağı; səhhətinizdə narhatlıq olduğu halda, evdə qalmaq; lazım olduqda test vermək və həkimə müraciət etmək; lazım olduqda maskalardan istifadə etmək; otaqları yaxşı havalandırmaq; və əlləri mütəmadi olaraq yumağı tövsiyə edir.

ÜST Çinə səyahət edənlər üçün heç bir xüsusi tədbir görməyi tövsiyə etmir. Ümumiyyətlə, respirator xəstəliklərini göstərən simptomlar mövcud olduqda, mümkünsə səyahətdən çəkinmək lazımdır; səyahət zamanı və ya geri qayıtdıqdan sonra simptomlar görünsə, tibbi yardım axtarmaq və ziyarət edilən yerlər barədə həkimə məlumat vermək tövsiyə olunur.

Bu epidemiya ilə bağlı hazırda mövcud olan məlumata əsaslanaraq, ÜST səyahət və ya ticarətlə bağlı hər hansı məhdudiyyəti tövsiyə etmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti