...

Mərkəzi Gömrük Hospitalında 2023-cü ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib

Cəmiyyət Materials 15 Yanvar 2024 11:36 (UTC +04:00)
Mərkəzi Gömrük Hospitalında 2023-cü ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib

Bakı. Trend:

12 yanvar 2024-cü il tarixində Mərkəzi Gömrük Hospitalında 2023-cü ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib. İclasda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin inzabati heyəti, Mərkəzi Gömrük Hospitalının şöbə rəisləri, həkimləri və digər tibb personalı iştirak ediblər. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov iclası açaraq 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlamətdar olduğunu bildirib. İdarə rəisi Ceyhun Məmmədov 2023-cü ildə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş beynəlxalq səviyyəli elmi tədbirlərin işini, Mərkəzi Gömrük Hospitalının yüksək səviyyədə tibbi xidmət göstərməsini və fəaliyyətini yüksək qiymətləndirib.

Mərkəzi Gömrük Hospitalının baş həkimi- rəisi Bəxtiyar Musayev 2023-cü ilin yekunlarına dair dair çıxış edib. Baş həkim Bəxtiyar Musayev Mərkəzi Hospitalında müayinə-müalicə işlərinə nəzarət, onların təkmilləşdirilməsi, tibbi xidmətlərin çeşid və keyfiyyətinin daha da yaxşılaşdırılması, lazım olan ən müasir tibb avadanlıqların təchizatı, müxtəlif istiqamətlər üzrə klinik və fundamental elmlər üzrə tədqiqatların genişləndirilməsi istiqamətində görülmüş fəaliyyət barədə ətraflı məlumat verib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., ürək-damar cərrahı Rəşad Mahmudov Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi mütəmadi olaraq istər gömrük əməkdaşları, istər də Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının əməkdaşları arasında bilik və bacarıqlarının artırılması istiqamətində keçirilən elmi toplantılar, təlim və seminarlar, beynəlxalq təcrübənin öyrənilməsini təmin etmək məqsədilə tibb işçilərinin yerli və beynəlxalq tədbirlərdə iştirakı barədə məruzə edib. Dr.Rəşad Mahmudov qeyd edib ki, ETTM-nin birbaşa təşkilatçılığı ilə 2023-cü il ərzində ümumilikdə 65 genişmiqyaslı tədbir- 33 təlim, 10 Elmi Konfrans, 7 seminar, 1 Forum, 9 tibbi sosial aksiya, 5 dəyirmi masa həyata keçirilmişdir.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım etik davranış kodeksi və digər intizam məsələləri ilə bağlı çıxış edib. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisinin müavinləri İsmayıl Əfəndiyev və Fərid Əbilov tədbir iştirakçılarının suallarını cavablandırıblar.

İclasda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi İnzibati idarəetmənin təşkili şöbəsinin rəisi Minurə Ağayeva, Mərkəzi Gömrük Hospitalının Alqı-Satqı şöbəsinin rəisi Akif Əsgərov, İnformasiya Texnologiyaları şöbəsinin rəisi Bəhruz Muradov çıxış edərək müvafiq olaraq öz sahələri üzrə hesabatları təqdim ediblər.

İclas zamanı Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəisi Dr.Mircəlal Kazımi, Urologiya şöbəsinin rəisi, uzman uroloq Bəhruz Xalıqov, Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlu ilin yekunlarına dair fikirlərini bölüşüb və 2024-cü ilə dair təkliflərini səsləndiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti