...

Mərkəzi Gömrük Hospitalında Uşaq Cərrahiyyəsi şöbəsində uroloji əməliyyatlar müasir protokollara uyğun olaraq açıq və laparoskopik üsulla uğurla icra olunur

Cəmiyyət Materials 30 Yanvar 2024 10:49 (UTC +04:00)
Mərkəzi Gömrük Hospitalında Uşaq Cərrahiyyəsi şöbəsində uroloji əməliyyatlar müasir protokollara uyğun olaraq açıq və laparoskopik üsulla uğurla icra olunur

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi, uzman uşaq cərrahı Vüsal Cəfərov və uşaq cərrahı Toğrul Piriyev tərəfindən 0-18 yaş arası uşaqların boyun, döş qəfəsi, qarın boşluğu və anadangəlmə uroloji qüsurları əməliyyat olunur, endoskopiya, qastroskopiya, ezofaqoskopiya, bronxoskopiya, kolonoskopiya kimi diaqnostik müayinələr, sistoqrafiya, bağırsağın və qida borusunun rentgenoloji müayinələri həyata keçirilir. Uşaq cərrahiyyəsində nadir anadangəlmə inkişaf qüsurları, qida borusu atreziyaları, sidik kanalı darlıqları, nadir inkişaf anomaliyası olan kloaka anomaliyası, bağırsağın müxtəlif atreziyaları, omfalosel, sidik kisəsinin ekstrofiyası kimi mürəkkəb uroloji əməliyyatlar müasir protokollara uyğun olaraq açıq və laparoskopik üsulla uğurla icra olunur.

Yenidoğulmuş uşaqlarda qida borusunun atreziyası, onikibarmaq bağırsaq və digər bağırsaq hissələrinin atreziyası, anusun atreziyası, anadangəlmə qarın içi kistaların cərrahi müalicəsi, böyrəklərin anadangəlmə inkişaf qüsurları, sidik kisəsi xəstəlikləri, sidik kanalının anadangəlmə darlıqları, epispadia - sidik kanalının cinsiyyət orqanının üst hissəsində sonlanması, kriptorxizim-xayanın xayalığa tam şəkildə enməməsi, ağciyərlərin anadangəlmə kistik xəstəlikləri

qaraciyər-öd yolları, öd kisəsi, mədaltı vəz, dalağın və digər xəstəliklər cərrahi üsul ilə sağaldılır.

Qürurverici haldır ki, sidik axarının laparoskopik Reflüks əməliyyatı ölkəmizdə ilk dəfə Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsində uğurla həyata keçirilib. Uşaq Cərrahiyyəsi şöbəsində cərrahi problemlərlə yanaşı, uşaqların uroloji və bəzi qastroentoloji xəstəlikləri də - xroniki qəbizlik, anal fistula və abseslər, qastroezofaqial reflüks xəstəliyi, sidik qaçırmaları, nəcis qaçırmaları və digər ciddi xəstəliklər şöbənin yüksəkixtisaslı mütəxəssisləri tərəfindən uğurla müalicə olunur.

Yenidoğulmuş uşaqların cərrahi xəstəlikləri:

  • Qida borusunun atreziyası
  • Onikibarmaq bağırsaq və digər bağırsaq hissələrinin atreziyası
  • Anusun atreziya
  • Hirschsprung xəstəliyi
  • Qastroşizis
  • Onfolosel kimi anadangəlmə inkişaf qüsurlarının aradan qaldırılması
  • Yenidoğulmuş uşaqlarda anadangəlmə qarın içi kistaların cərrahi müalicəsi
  • Hemangiomalar və Lenfangiomaların əməliyyatsız müalicə edilməsi
  • Ağciyərlərin anadangəlmə kistik xəstəlikləri
  • Qaraciyər-öd yolları,öd kisəsi, mədaltı vəz,dalağın cərrahi xəstəlikləri

Uşqalarda rastgəlinən uroloji problemlər:

  • Böyrəklərin anadangəlmə inkişaf qüsurları,
  • Hidronefroz, sidik axarındaki anadangəlmə darlıqlar
  • Sidik kisəsi xəstəlikləri,sidik kanalının anadangəlmə darlıqları
  • Hipospadiya xəstəliyi-Sidik kanalının cinsiyyət orqanının alt hissəsində sonlanması
  • Epispadia xəstəliyi-Sidik kanalının cinsiyyət orqanının üst hissəsində sonlanması
  • Sünnət
  • Oğlan uşaqlarinda xarici cinsiyyət üzvünün anomaliyaları(əyri olması, çox qısa olub piy toxuması ilə əhatə olunması)
  • Uşaqlarda kriptorxizim-xayanın xayalığa tam şəkildə enməməsi (Qasıq yırtıqları, Hidrosele, Kordon kistaları, Göbək yırtıqları)

Uşaq cərrahiyyəsi sahəsində müalicə edilən xəstəliklər:

  • Xroniki qəbizlik
  • Anal fistula və apseslər
  • Gastroözofagial reflüks xəstəliyi
  • Vezikoüretral reflüks xəstəliyinin müalicəsi
  • Sidik qaçırmaları
  • Nəcis qaçırmaları
  • Təkraredən sidik yolları infeksiyalarının müalicəsi

Uşaqlarda təcili vəziyyətlər:

  • Yad cisim udulması və yad cisim aspirasiyası, yandırıcı maddələrin içilməsi
  • Apendisit, İnvaginasiya,(bağırsaq keçməməzliyi)
  • Boğulmuş yırtıqlar
  • Bağırsaq burulmaları( volvulus
  • Xayanın xayalıqda burulması
  • Pnevmotoraks
  • Hemotoraks
  • Mədə və bağırsaq qanamaları

Uşaqlar üçün endoskopiya xidmətləri:

Qastroskopiya ilə mədədən yad cisim çıxardılması, gastroözofagial reflüks xəstəliyində və qastrit-duodenitlərdə diaqnoz qoyulması və qastroskopiya ilə mədədən, onikibarmaq bağırsaqdan biyopsiyalar alınması.

Özofaqoskopiya ilə qida borusu darlıqlarında balon ilə dilatasiya, portal hipertenziya xəstəliyində qida borusundaki varikozların endoskopik müalicəsi. Qida borusu yanıqlarına, darlıqlarına özofaqoskopiya ilə diaqnoz qoyulması, qida borusundan yad cisimlərin çıxardılması.

Bronxoskopiya ilə bronxlardan yad cisim çıardılması və xroniki ağciyər xəstəliklərinə diaqnoz qoymaq üçün bronxoalveoler maye alınması.

Kolonoskopiya ilə polip çıxardılması, rektal qanamalarda kolonoskopiya.

Sistoskopiya ilə sidik kanalı, sidik kisəsi və sidik axarlarının xəstəliklərində diaqnoz qoyulması. Vezikoüreteral reflüks xəstəliyində sistoskopiya ilə gel müalicəsi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti