...

Mərkəzi Gömrük Hospitalında Gömrük əməkdaşlarının peşə bayramına həsr olunmuş tədbir keçirilib

Cəmiyyət Materials 31 Yanvar 2024 10:30 (UTC +04:00)
Mərkəzi Gömrük Hospitalında Gömrük əməkdaşlarının peşə bayramına həsr olunmuş tədbir keçirilib

Bakı. Trend:

30 yanvar 2024-cü il tarixində Mərkəzi Gömrük Hospitalında Dövlət Gömrük Komitəsinin yaradılmasının 32-ci ildönümü - gömrük əməkdaşlarının peşə bayramı gününə həsr edilmiş tədbir keçirilib.

Trend xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov, Dövlət Gömrük Komitəsi sədrinin müşaviri Əsgər Məmmədov, rəis müavinləri dosent, t.ü.f.d., İsmayıl Əfəndiyev, Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayev, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının kollektivi iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov açılış nitqi ilə çıxış edərək bütün gömrükçüləri peşə bayramı münasibətilə, eləcə də Azərbaycan Respublikası Prezidentinin Dövlət Gömrük Komitəsinin ali xüsusi rütbə və medallarla təltif etdiyi əməkdaşlarını təbrik edib.

İdarə rəisi Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycan öz müstəqilliyinin yenidən bərpa etdikdən sonra dövlət quruculuğu sahəsində təxirəsalınmaz vəzifələrdən ölkənin iqtisadi maraqlarının qorunması, səmərəli iqtisadi fəaliyyət və idxal-ixrac əməliyyatlarına dövlətin nəzarət sisteminin yaradılması, sərhədlərin iqtisadi təhlükəsizliyinin təmin edilməsi idi. Qısa zaman kəsiyində ölkənin milli gömrük xidmətiinin yaradılması və formalaşdırılması əsas vəzifələrdən biri kimi qarşıda dururdu. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən qısa müddət sonra - 1992-ci il yanvarın 30-da yaradılmış Dövlət Gömrük Komitəsi Ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasət və köklü islahatlar nəticəsində dinamik inkişaf yoluna qədəm qoydu.

Əsgər Məmmədov yarandığı gündən indiyə qədər Dövlət Gömrük Komitəsinin keçdiyi inkişaf yolundan danışıb, deyib ki, bu gün Azərbaycanda Ulu öndər Heydər Əliyevin layiqli davamçısı cənab prezident İlham Əliyev gömrük işinin təkmilləşdirilməsini, modernləşdirilməsi daim diqqət mərkəzində saxlayır. Hazırda biz gömrük xidmətində elektron xidmətlərin sayının artmasının, informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin canlı şahidiyik. Bütün bu islahatlar gömrük orqanlarında xidmət mədəniyyətinin yüksəldilməsinində və beynəlxalq ticarətin asanlaşdırılmasında əhəmiyyətli rol oynayır.

Dövlət Gömrük Komitəsi sədrinin müşaviri Əsgər Məmmədov çıxışının sonunda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının bütün kollektivini peşə bayramı münasibətilə təbrik edib, həm COVİD-19 pandemiyası dövründə, həm də hazırkı dövrdə bütün tibb personalının əzmlə çalışması və tibb sahəsində qazandığı böyük uğurları yüksək qiymətləndirib.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Fərid Əbilov çıxış edərək gömrükçüləri peşə bayramı münasibətilə təbrik edib, Mərkəzi Gömrük Hospitalında gömrükçülərə, onların ailə üzvlərinə göstərilən tibbi xidmətlərin statistikası, Mərkəzi Gömrük Hospitalının yeni inzibati binasının açılışı və istifadəyə verilməsi ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin İnzibati İdarəetmənin təşkili şöbəsinin rəisi Minurə Ağayeva xidmətdə fərqlənən gömrük əməkdaşları ilə bağlı təltif əmrlərini iştirakçıların diqqətinə çatdırıb.

Tədbirin sonunda Mərkəzi Gömrük Hospitalının Texniki-Təsərrüfat şöbəsinin rəisi Pərviz Sadıqov, Xəstə Xidmətləri şöbəsinin rəisi Gülşən İmanova və Kardiologiya şöbəsinin rəisi İlqar Tahiroğlu çıxış edərək öz səmimi təbriklərini səsləndiriblər.

Tədbirdə Dövlət Gömrük Komitəsinin 2023-cü il ərzində həyata keçirdiyi yeni layihələrdən bəhs edən videoçarx və Mərkəzi Gömrük Hospitalının həkimlərinin təbrik videosu nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti