...

Zaqatalada maşın vuran məktəblinin son vəziyyəti açıqlandı

Cəmiyyət Materials 10 Fevral 2024 12:10 (UTC +04:00)
Zaqatalada maşın vuran məktəblinin son vəziyyəti açıqlandı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Zaqataladan Kliniki Tibbi Mərkəzə (KTM) hospitalizasiya edilən 2013-cü il təvəllüdlü İbrahim Əziz oğlu İbrahimzadənin Reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Trend-in xəbərinə görə, bu barədə KTM-in mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

Qeyd edlib ki, onun vəziyyəti ağır stabildir, huşu yerindədir.

Xatırladaq ki, fevralın 8-i saat 13 radələrində Zaqatala rayonunun Göyəm kəndi ərazisində Emin İbrahimov idarə etdiyi “Mercedes” markalı avtomobillə piyadalar, 2013-cü il təvəllüdlü üç azyaşlını vurub.

Onlardan 2-si vəfat edib, digəri isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti