...

Bakıda avtomobil piyadanı vuraraq öldürdü

Cəmiyyət Materials 22 Fevral 2024 10:33 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Trend xəbər verir ki, hadisə Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində qeydə alınıb.

Emil Mehdiyev idarə etdiyi "Mazda" markalı avtomobillə yolu keçmək istəyən piyada 1967-ci il təvəllüdlü Yaqut Rzaquliyevanı vurub.

Piyada aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq qadın xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər lenti

Xəbər lenti