...

Bu il sertifikatlaşdırmaya cəlb ediləcək müəllimlərin sayı açıqlandı

Cəmiyyət Materials 29 Fevral 2024 15:39 (UTC +04:00)
Bu il sertifikatlaşdırmaya cəlb ediləcək müəllimlərin sayı açıqlandı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Cari ildə 25-30 min təhsilverənin sertifikatlaşdırmaya cəlb edilməsi gözlənilir.

Trend xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə çıxışı zamanı deyib.

"Sertifikatlaşdırma riyaziyyat, Azərbaycan dili (rus bölməsi) və xarici dil fənləri üzrə aparılacaq. Bu il dövlət büdcəsindən müəllimlərin əməkhaqlarına əlavələr üçün 83.1 milyon manat xərclənməsi nəzərdə tutulub.

Riyaziyyat fənni üzrə 11 min 290, Azərbaycan dili üzrə 1284, ingilis dili üzrə 12 min 35, Rus dili üzrə (Azərbaycan bölməsi) və rus dili və rus ədəbiyyatı (rus bölməsi) üzrə 5868, Alman dili ürə 236, fransız dili üzrə isə 222 müəllimin sertifikatlaşdırmadan keçməsi nəzərdə tutulub”, - deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti