...

Mən deyəndə 60 faiz adam eşitdiyini başa düşmür, siz məni qınayırsınız - Nazir

Cəmiyyət Materials 29 Fevral 2024 16:51 (UTC +04:00)
Mən deyəndə 60 faiz adam eşitdiyini başa düşmür, siz məni qınayırsınız - Nazir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İbtidai siniflərdə dərs yükünün çox olduğunu düşünmürük.

Trend xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə çıxışı zamanı deyib.

“Dərslərin saatı çox deyil. Ümumiyyətlə, Azərbaycanda dərs saatı, illəri azdır. İndi uşaqlar daha az məktəbə gedir, daha az saat tədris olunur. İndiki tədris məzmunu dünya təcrübəsinə uyğundur. Bizim dərsliklərimiz oxu yönümlüdür. İstəyirik ki, oxuduqlarını anlama bacarığı olsun. Mən deyəndə 60 faiz adam eşitdiyini başa düşmür, siz məni qınayırsınız.

Dərslərə uyğun iş dəftərləri hazırlamaq lazımdır. Sinifdə 3 nəfərdə iş dəftəri olanda, beşində olmayanda nəticə olmur. İş dəftələrinin dövlət büdcəsi və ya hansısa sponsorlar tərəfindən maliyyələşdirilməsi üzərində iş aparırıq”, - deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti