...

Əvvəlki illərlə müqayisədə, şagirdlərin xarici dil bilikləri artıb - Məleykə Abbaszadə

Cəmiyyət Materials 5 Mart 2024 12:17 (UTC +04:00)
Əvvəlki illərlə müqayisədə, şagirdlərin xarici dil bilikləri artıb - Məleykə Abbaszadə
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Məktəblərdə xarici dil fənləri aşağı səviyyədə tədris olunur. Xarici dil imtahanları verən 9-cu sinif şagirdlərinin müvafiq bilik səviyyəsi A2-dir.

Trend xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər və sertifikasiya imtahanının təqdimatı ilə bağlı keçirilən tədbirdə deyib.

O bildirib ki, 11-ci sinfi bitirən şagirdlərinin xarici dil bilikləri B1-dir.

“Əvvəlki illərlə müqayisədə şagirdlərin xarici dil bilikləri artıb. Mən istərdim ki, müsbət dinamika şagirdlərin riyaziyyat biliklərində də özünü göstərsin”, - deyə Məleykə Abbaszadə bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti