Bakı. Trend:
Bu il minə yaxın məktəbdə şagird davranış qaydaları tətbiq ediləcək.
Trend xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media üçün keçirilən brifinqdə çıxışı zamanı deyib.
“Qaydalar yalnızca cəza tətbiqindən ibarət deyil. Eyni zamanda, öyrənmə mühiti kimi məsələləri özündə ehtiva edir. Bu qaydaların tətbiqini müsbət qiymətləndiririk.
Bir çox neqativ hadisələrin qarşısını almaq üçün olduqca əhəmiyyətlidir. Ümumiyyətlə, şagirdlərin təhlükəsizliyi və sağlamlığı ilə bağlı tədris ilinin sonuna qədər maarifləndirmə tədbirləri həyata keçirilir”, - deyə o bildirib.
